Featured Posts

The Ruin Economy

1/2
Please reload

Recent Posts
Please reload

Ajamın Məhəllə layihəsi: Dağıdılmaq təhlükəsi olan məhəllələrin qeydə alınması

October 11, 2016

 

Aşağıdakı məqalə ən yeni layihəmiz olan Ajam Məhəllə Layihəsi haqqında baş redaktorlarımızdan biri Rustin Zarkar tərəfindən yazılmışdır. Əgər siz də Mehelle layihəsini öz məhəllənizə gətirmək istəyirsinizsə mehelleproject@gmail.com ünvanına email göndərin və burada öz töhvəniz haqqında olan formanı doldurun. Bəzi istisnalar olmaqla bütün media materialları Məhəlləyə aiddir.

 

Keçən beş il ərzində Ajam Media Kollektivi urbanizasiya və şəhər landşaftı haqqında Anadolu ərazisindən tutmuş Mərkəzi və Cənubi Asiyaya qədər bir çox ərazini əhatə edən maraqlı və yeni tədqiqat işlərini dəstəkləmişdir. Buraya Məşhəddə şəhər gözəlləşdirmə işləri, İrəvanda ictimai evlər, Bombeydə milli arxitektura, Çanakqalada şəhər təşəbbüskarlarının hüquqları, Bakıda dövlət inkişaf layihələri və daha çox mövzularda yazılmış məqalələri misal göstərmək olar.

 

Əvvəldən şəhər tarixi ilə maraqlandığımızdan biz, səyyah tədqiqatçıların yerli məlumatları əldə edə bilmələri, xüsusilə də sürətli dəyişilən məhəllələrin tədqiqi zamanı yaranan məhdudiyyətləri yaxşı anlayırıq. Buna görə də Ajam Media Kollektivi Şərqi Anadoludan tutmuş, Mərkəzi Asiyaya qədər ərazilərdəki bu tip məhəllələrdə olan mənzərə, səs və xatirələrin qorunub saxlanılması üçün Məhəllə adlı yeni layihəsini yaratdı.

 

Məhəllə, yerli camaat, icma təşkilatçıları və şəhər təqdiqatçıları üçün bu cür ərazilərin özəl və ya dövlətin idarə etdiyi tikinti layihələri tərəfindən dağıdılması, gentrifikasiya və transformasiya olunmasından uzun müddət sonra belə istifadə edə biləcəkləri bir resurs olacaq.

 

Məhəllə, ərəb sözü mahallah (qonşu ərazi, kvartal, ərəbcə محلة ) olub, Şimali Afrikadan tutmuş Cənubi Rusiyaya, Hindistandan tutmuş Balkanlara qədər istifadə olunan bir kəlimədir. Bu söz yerli çayxana, mərkəzi meydan, ibadət yerləri, məhəllə hamamları ətrafında mərkəzləşən yarım-xüsusi və səddli qonşu əraziləri izah edir. Məhəllələr indi də olduğu kimi tarixən gündəlik yaşam üçün mərkəzi təşkilatçılıq işləri həyata keçirilən bir yer olub. Yüz illərlə insanlar bu ərazilərdə işləmiş, doğum və toy günlərini qeyd etmiş, əziz insanlarının yas mərasimni təşkil etmiş və ya birgə torpağa tapşırmış, birgə mübahisələri həll etmiş və birlikdə kollektiv kimlik yaratmışdılar. Baxmayaraq ki bu cür yaşayış əraziləri Orta Şərqdə hələ də qalmaqdadır, lakin neoliberal inkişaf planlarının tətbiq edilməsi, genişmiqyaslı nəqliyyat infrastrukturlarının və şəhərətrafı genişləndirmə işlərinin aparılması üzündən onlar yavaş-yavaş yer üzündən silinirlər.

 

Dövlət və yerli şəhər idarəetmə orqanları yeni olan gözəlləşdirilmiş ictimai yerlər anlayışını nəzərtə tutduğu zamanda, özəl podratçı şirkətlər də şəhərin mərkəzində yerləşən daşınmaz əmlakın qiymətinin yüksək olmasından gəlir götürərək, yüksəkmərtəbəli lüks binalar, ticarət mərkəzləri və parklar tikməyə nail olmuşdular. Bu cür layihələr məhəllə sakinlərinin şəhər periferiyalarına məcburi köçürülməsinə, geniş ailələrin bir-birindən qopmasına, ailələrarası dostluqların qırılmasına səbəb olmuşdur. Sakinlər dağınıq mənzil bloklarına köçdükdən sonra, onlar fiziki olaraq məhəllənin bir-birinə bağladığı ictimai və iqtisadi şəbəkədən qırılmışlar.

 

Məhələ layihəsinin məqsədi həmin ictimai münasibətlərin qorunması, get-gedə yoxa çıxan məhəllələrdə bir-birinə sıx şəkildə bağlı yaşayan insanların maddi materiallarının və şəxsi tarixçələrinin saxlandığı bir yer olmasını təmin etməkdir.

 

Bundan əlavə, bu layihə bu cür ərazilərin təkcə “yoxaçıxması” haqqında deyil. Bu həm də ona görədir ki, etiraza səbəb olduğu halda yeni şəhər sxemlərinə qarşı müqavimət göstərilə, dəyişdirilə, yenidən konfiqurə edilə bilər.  İstifadəçilərin bizə göndərdikləri materiallar əsasında sökülmə işlərinin izlənməsi və sənədləşməsini həyata keçirmək üçün bir platforma yaratmaqla, məqsədimiz baş plana qarşı çıxan və sonrakı sökülmələri dayandırmaq üçün səy göstərən insanlara yardım etməkdir.

 

Dövlət şəxsi əmlakın itirilməsi üçün cüzi kompensasiya (hər kvadrat metrə 1,500 manat və ya 1,911 dollar) təklif etməsinə baxmayaraq, bu elan etiraz və bəzi nümayişlərlə qarşılandı.

 

Bu məqsədə nail olmaq üçün Ajam Bakı, Tbilisi və Düşənbədə yerləşən Red(frame), Chai KhanaRohro-dan bir qrup müstəqil jurnalistlərlə, eləcə də icma təşkilatçıları ilə birlikdə çalışmışdır. Sadəcə kamera ilə silahlanmış bu şəxslər yer üzündən silinməkdə olan bu məhəllələrin küçələrində “qazıntı işləri” aparmış, bayram və festivallar daxil olmaqla labirintşəkilli dalanlarda, mərkəzi küçələrdə, tərkedilmiş evlərdə, yerli dükanlardakı həyatı videoya köçürmüşlər. Burada istifadə edilmiş 360 dərəcə video çəkən kameralar fotoqrafçının müəyyən etdiyi foto və ya video çərçivəsini aşaraq daha çox fiziki çevrəni videoya aldığından, bizi bu yerlərin və hadisələrin daha əhatəli və interaktiv görüntüsü ilə təmin edir. Daha sonra bu video və fotolar isə vebsayt üçün məzmun olaraq və məkan görüntüsünü təmin edərək Google xəritəsində yerləşdirilir və kateqoriyalaşdırılır.

 

Yerli dillər (azərbaycan, tacik, gürcü və digər) və eləcə də ingilis, rus dillərində izləmək mümkün olan bu əlavə edilmiş görüntülər yerli sakinlərin danışdıqları xatirələr və hekayələrdir. Bu ifadələr sadəcə yerli jurnalistlər tərəfindən seçilməyib, eləcə də real həyatda ictimai şəbəkəsindən istifadə etməklə icma təşkilatçıları tərəfindən toplanmış, onlar da digər insanları birbaşa töhvə veməyə çağırmışlar.

 

Məhəllə layihəsinin ilk işıqlandırdığı məhəllə Bakının mərkəzində yerləşən Sovetskidir. Əslən 19-cu əsrdə Bakının günü-gündən çoxalan neft sahələrində işləyən aşağı gəlirli insanların sığınacaq yeri olan Sovetski, tezliklə mağazalar, məscidlər, hamamlar və hətta bir kilsənin olduğu hərəkətli bir məhəlləyə çevrilmişdir. Sovet dövrünün sonuna qədər, Sovetski 50,000-dən 60,000-ə qədər insana230-dan çox tarixi tikiliyə məskən olmuşdur.

 

2014-cü ildə icra nümayəndələri bəyan etdi ki, turizmin və xarici investisiyanın cəlb edilməsini qarşıya məqsəd qoyaraq onlar bu məhəlləni sökəcək yerində isə geniş şəhər gözəlləşdirmə təşəbbüsünün bir hissəsi olan ictimai park tikəcəklər. Dövlət şəxsi əmlakın itirilməsi üçün cüzi kompensasiya (hər kvadrat metrə 1,500 manat və ya 1,911 dollar) təklif etməsinə baxmayaraq, bu elan etiraz və bəzi nümayişlərlə qarşılandı.

 

2016 - cı ilin Oktyabrına qədər isə artıq bu məhəllələrin böyük bir hissəsi sökülmüşdür. Bu göstərilən vaxta qədər, 6 ay ərzində bizim komandamız böyük fədakarlıqla məhəllənin hər bir yoxa çıxmış küçəsini sənədləşdirmişdir ki, bu küçə və həyətləri interaktiv  xəritədə görə bilərsiz.

 

 

2017-ci ildə isə biz Sovetski təşəbbüsünə daha çox məzmun əlavə edəcək və eyni zamanda layihəmizi dövlət tərəfindən aparılan gözəlləşdirmə işləri səbəbilə tarixi abidələr və yaşayış ərazilərini sökməyə niyyətlənmiş Post-Sovet dünyasının daha iki şəhəri - Düşənbə və Tbilisi üzərində genişləndirəcəyik. Məsələn, Tacikistanda dövlət bir neçə Sovet erası mədəni binalarının, eləcə də məşhur Mayakovski teatrının sökülməsi ilə nəticələnən paytaxt şəhərin yenidən qurulması layihəsinin baş planını elan edib. Eyni proseslər Gürcüstanda da baş vermişdir, belə ki, Tbilisi icra hakimiyyəti yerli sakinləri öz evlərindən və iş yerlərindən çıxararaq 1990-ci ilin tənzimlənməyən tikinti artımını zəbt etməyə çalışmışdı.

 

Bu il ərzində biz Məhəlləni daha interaktiv və naviqasiyasının daha asan olması üçün bir sıra inkişafda olan yeni texnologiyaları tətbiq edəcəyik. Bura əməkdaşlıq işinin daha da sürətləndirilməsi üçün smartfon və komputer əlfəcinlərinin yaradılması da daxildir.

 

Nə qədər ki qlobal kapitalizm və nəzarətsiz inkişaf canlı icmaları dərin köklərinə kimi dağıtmağa davam edəcək, biz Ajam olaraq ümid edirik ki, Məhəllə layihəsi itirilmiş tarixin saxlandığı bir yer rolunu oynayacaq və bu haqda öyrənmək istəyən şəxslər üçün bu yerlərin dəyərini nümayiş etdirəcəkdir. Sizdən xahiş edirik ki, buyurub rəqəmsal Məhəllə təcrübəsini sınaqdan keçirin və bu layihəni paylaşmaq, rəy bildirmək və məzmun töhvələri verməkdə bizə qoşulun.

 

 

Share on Facebook
Share on Twitter
Please reload