top of page

MƏHƏLLƏ Ajam Media Collective-in Mərkəzi Asiya, İran və Qafqazda sürətlə dəyişən region və məhəllələrdəki şəkil, səs yazıları və xatirələrin qorunmasına xidmət edən yeni bir layihədir. Rəqəmsal xəritə, 360 dərəcə video və sadə fotoqrafiyadan istifadə edən MƏHƏLLƏ, yerli camaat, icma təşkilatçıları və şəhər təqdiqatçıları üçün bu cür ərazilərin özəl və ya dövlətin idarə etdiyi tikinti layihələri tərəfindən dağıdılması, gentrifikasiya və transformasiya olunmasından uzun müddət sonra belə istifadə edə biləcəkləri bir resurs olacaq.

 

Məhəllə, ərəb sözü mahallah (qonşu ərazi, kvartal) olub Şimali Afrikadan tutmuş Cənubi Rusiyaya və Hindistandan tutmuş Balkanlara qədər istifadə olunan bir kəlimədir. Bu söz yerli çayxana, mərkəzi meydan və ibadət yerləri ətrafında mərkəzləşən yarım-xüsusi və səddli qonşu əraziləri izah edir. Bu ərazidə insanlar yaşayır, işləyir, müəyyən problemləri həll edir və kollektiv kimliyi yaradırlar. Lakin bu yaşayış yerləri şəhər gözəlləşdirmə işləri, geniş miqyaslı nəqliyyat infrastrukturları və şəhərsalma layihələri səbəbi ilə yavaş-yavaş yoxa çıxır.

 

Məhəllə bu cür yoxa çıxan, bir-birinə sıx bağlı bir icmada yaşayan insanların tarixi materialları, şəxsi tarixi hekayələrinin saxlanacağı bir yer olacaq. Məhəllə layihəsinin ilk nümayiş etdirdiyi məhəllə Bakının mərkəzində yerləşən Sovetskidir. 200 yaşlı və bir zamanlar 50 - 60 min insanın yaşadığı bu məhəllə dövlət tərəfindən həyata keçirilən şəhər yenidənqurma kampaniyasının planına düşdü. 2016 - cı ilin Oktyabrına qədər isə artıq bu məhəllələrin böyük bir hissəsi sökülmüşdür. Bu göstərilən vaxta qədər, 6 ay ərzində bizim komandamız böyük fədakarlıqla burada yerləşən yerli dükanlar, tərk edilmiş evlər və labirintşəkilli dalanlardakı həyatı videoya, səs yazısına və fotoya köçürmüşdür - bütün bunları bizim vebsaytımızda görə bilərsiz.

 

2017-ci ildə isə biz Post-Sovet dünyasının daha iki şəhəri - Düşənbə və Tbilisi üzərində fokuslanacağıq. Sizdən xahiş edirik ki, bizimlə əlaqə yaradaraq bu işə necə töhvə verə biləcəyiniz, hazırki layihəmiz haqda rəy və təkliflərinizi paylaşasınız.

AZ Contacts

Bizi Harada Tapmaq Olar

Sosial media:
  • Facebook - Black Circle
  • Twitter - Black Circle
  • Instagram - Black Circle
  • Tumblr - Black Circle
bottom of page